booked.net booked.net  

Qazax dilini qorumaq və inkişaf etdirmək üçün rəqəmsal texnologiyaların potensialından istifadə etmək lazımdır.

Türküstanda keçirilən “Қазақ тілі – ғылым тілі: дәстүр және инновация” (“Qazax dili elmin dilidir: ənənələr və yeniliklər”) Respublika Simpoziumunun iştirakçıları bu qənaətə gəliblər.

TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər veriri ki, Simpoziumun işində ziyalıların nümayəndələri, ictimaiyyət və mədəniyyət xadimləri, universitet rektorları, alim və müəllimlər, təhsil sisteminin rəhbərləri, doktorantlar, magistrantlar və tələbələr iştirak ediblər.

Simpozium Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi, H. A. Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti, QR-sı Prezidenti yanında Milli Elmlər Akademiyası tərəfindən təşkil olunub.

QR-nın elm və ali təhsil naziri Sayasat Nurbek çıxışı zamanı “Hazırda istənilən dili qorumaq üçün rəqəmsal texnologiyaların potensialından istifadə edilməlidir” deyib.

“Ona görə də bu gün biz ənənələrdən və yeniliklərdən danışırıq. Bir tərəfdən biz ənənəvi olaraq formalaşmış tarixi, orfoqrafik, orfoepik mədəni irsi qoruyub saxlamalıyıq. Digər tərəfdən, əgər biz yeniliklər inkişaf etdirməsək, milli dil sistemi üçün rəqəmsal formatda alqoritm formalaşdırmasaq, onda, mahiyyətcə dilimizin gələcəyi sarsılar. Hal-hazırda biz hamımız gündəlik olaraq çat-botlar, SIRI vasitəsilə insanlarla deyil, rəqəmsal qurumlarla əlaqə saxlayırıq. Dilçilik sahəsində isə yeni üfüqlər, yeni mövzular açılmağa başladı. Biz bu imkanlardan yararlanmağı bacarmalıyıq”, - nazir vurğulayıb.

Plenar iclasda alimlər müvafiq məruzələrlə çıxış edərək qazax dilinin elm dilinə çevrilməsi məsələlərini müzakirə edib, elmi sahələrdə milli məzmunun keyfiyyət və səviyyəsini qiymətləndirib, gələcək inkişafı üçün təkliflər hazırlayıblar.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN