booked.net booked.net  

Ölkəmizdə universitetlər sadəcə ali təhsil müəssisələridir. Yəni tələbələrə müəyyən ixtisas fənləri üzrə informasiyalar verilir və proses bitir. Reallıq odur ki, tələbənin universitetə gəlib-gəlməməsi arasıda ciddi bir fərq yoxdur.
TEZADLAR.AZ xəbər verir ki, bu fikri təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, bəzi ixtisaslar üzrə təhsil alan tələbələr universitetə getməsə belə, universitetin hazırda verdiyi informasiyaları öyrənə bilərlər.
 
"Hazırda universitetin verdiyi informasiyanı tələbə universitetə gəlmədən də əldə edə bilər. Müsir dövrdə universitetlər elmin bütün sahələri üzrə qabaqcıl elmi-tədqiqatların aparıldığı və böyük kəşflərin edildiyi elmi-tədqiqat mərkəzləri olmalıdır.
Bəs bu gün Azərbaycan universitetlərində ciddi tədqiqatlar aparıla bilirmi? Mən nəzərdə tutmuram ki, hansısa alim xaricdən kiminləsə birdə Scopusda məqalə nəşr etdirir.
Ali təhsidə ciddi, çox ciddi islahata ehtiyac var. Bizim yeni, müasir universitetə ehtiyacımız var", - deyə Kamran Əsədov qeyd edib.
Y.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA