booked.netbooked.net booked.net  

"QAZAQ AIR" aviaşirkətinin Aktobe-Bakı reysini həyata keçirən təyyarəsi Atırau hava limanına planlaşdırılmamış eniş edib.

Yerli KİV bu barədə aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Beləki, göyərtəsində 37 sərnişin olan təyyarə fevralın 5-də Astana vaxtı ilə saat 19:21-də (yerli vaxtla 18:21) Atırauda yerə enib.

“Enişin səbəbi qanaxma ilə bağlı təcili tibbi yardıma ehtiyacı olan sərnişin olub. Ekipaj ilkin tibbi yardım göstərib və təyyarəni ən yaxın hava limanına endirmək qərarına gəlib. Hava limanına endikdən sonra sərnişin təcili tibbi yardım maşını ilə götürülüb və ixtisaslı tibbi yardım göstərmək üçün xəstəxanaya yerləşdirilib”, - deyə aviadaşıyıcının açıqlamasında bildirilir.

Xəstəxanaya yerləşdirilən qadınla birlikdə uçan sərnişinin sözlərinə görə, vaxtında qadına tibbi yardım göstərilib və onun həyatına heç bir təhlükə yoxdur.

“Aviaşirkətin heyəti bu reysdə olan kardioloq Gülşən Məmmədovaya göstərdiyi köməyə və peşəkarlığa görə təşəkkür edir”, - deyə “QAZAQ AİR” qeyd edib.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN