booked.net booked.net  

Avropa İttifaqında hər il qüsur səbəbindən geri qaytarılan 594 min tona yaxın yeni geyim malları utilizasiya edilir.

TEZADLAR.AZ xəbər verir ki, Avropa Ətraf Mühit Agentliyinin məlumatına görə, geri qaytarılan malların miqdarı Avropa bazarına çıxan bütün tekstil məmulatlarının 4-9 faizini təşkil edir. Utilizasiya 5,6 milyon tona qədər karbon qazı (CO2) əmələ gətirir ki, bu da təxminən İsveçin atmosferə atdığı emissiyaya bərabərdir.

Qeyd olunur ki, geyim məhsullarının geri qaytarılması əmsalı pərakəndə satış platformalarında daha yüksəkdir. Onların təkrar emalı bir neçə həftə vaxt apardığından mövsümi və dəbli malları yenidən satmaq imkanı azalır.

 

AzərTac

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN