booked.net booked.net  

Azad Məsiyev: "Kaxovka SES-nin bəndinin dağıdılması ABŞ-ın maraqlarına uyğun gəlir..."

Ukraynanın Dnepr çayı üzərindəki SES-nin bəndini kim dağıdıb: Ukrayna, yoxsa Rusiya? «Təzadlar» Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevə bu suallarla müraciət edib. A.Məsiyevin fikirlərini oxuculara tərqdim edirik:

-Azad müəllim, Kaxovka SES-in bəndinin dağıdılması istər dünya, istərsə də Azərabaycanın KİV-lərində ciddi müzakirə olunur. Rusiya tərəfi bu hadisədə Ukraynanı, Ukrayna tərəfi isə Rusiyanı ittiham edir. Bir sözlə, hər iki tərəf qarşılıqlı ittifamlarla çıxış edir. Bunun nəticəsində isə içtimaiyyətdə təzadlı fikirlər formalaşır. Siz bu hadisəni necə şərh edərdiniz?  

-Əvvəla, onu qeyd edim ki, Kaxovkada bəndin dağıdılması ekoloji baxımdan böyük fəlakətdir. Ümumilikdə isə Rusiya-Ukrayna münaqişəsi bəşəri baxımdan daha ağrılı faciədir. Birmənalı olaraq onu qeyd edim ki, bu münaqişəni yaradan dövlət olaraq ABŞ başda olmaqla, Qərb koalisiyasıdır. Münaqişə tezliklə dayandırılmasa bəşəriyyət bundan da böyük fəlakətlə üzləşəcək. Sualınıza gəlincə, əvvəlcə Kaxovka SES-in bəndinin dağılması kimin maraqlarına uyğun gəlməsi məsələsinə aydınlıq gətirilməlidir.

-Sizcə, kimin?

-Hər bir təhlil, araşdırma məntiqə söykənməlidir. Kor-koranə şəkildə kimisə ittiham etməklə içtimaiyyətdə yanlış fikir formalaşdırılır. Dünyada maraqdan kənar fəaliyyət yoxdur, yəni törədilən hər bir hadisədə siyasi maraq var. Kaxovka SES-in bəndinin dağıdılması kimin maraqlarına uyğun gəlir? Bu sualı analiz etsək, hadisənin də kim tərəfindən törədildiyini çözə bilərik. Başlayaq Rusiyadan. Ukrayna tərəfi rusları ittiham edir ki, Kaxovka SES-in bəndinin dağıdılmasını bilərəkdən rus hərbiçiləri edib. Birincisi, bildiyiniz kimi, Krım yarımadasının su təchizatı Kaxovka SES-in bəndi vasitəsi ilə təmin edilirdi. Bu bəndin dağıdılması Krımın su təchizatında böyük çətinliklər yaratmaqdadır… İkincisi, Zaporojye Atom Elektrik Stansiyası Rusiyanın mülkiyyəti elan edilib. Bu AES-in soyutma sistemi Kaxovka SES-in bəndi vastəsi ilə həyata keçirilirdi. Ekspertlər qeyd edir ki, Kaxovka SES-in bəndinin dağılması dolayısı olaraq, AES-ə təhlükə yaradır. Üçüncüsü, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı belə bir məlumat yayıb ki, Kaxovka SES-in bəndinin dağılması nəticəsində Rusiyanın 7-ci Hava Desant Diviziyası və 22-ci ordu korpusunun bölmələrində yaralananlar, ölənlər və itkin düşənlər var. Həmçinin, bu bölmələrdə döyüş sursatı və ləvazimatları olan bir neçə səhra anbarı, maşın və zirehli texnika itirilib. Dördüncüsü, Rusiya Xerson  vilayətində daimi qalmaq istəyir, Kaxovka SES isə  bölgə üçün strateji obyekt idi, yəni bölgəni enerji ilə təmin edirdi. Beşincisi, məgər Ukrayna ordusunun Kaxovka SES-i geri almaq imkanları var idi ki, ruslar oranı partlatsın? Yuxarıda qeyd etdiyim və deyilməyən faktlar bir daha onu deməyə əsas verir ki, Kaxovkadakı su bəndin dağıdılması rusların marağına uyğun deyil…

-Ukrayna tərəfinin bir arqumenti var ki, güya rusların tərəfindən Kaxovka SES-in bəndinin dağıdılması Ukraynanın əks-hücum əməliyyatının qarşısını almaq üçün edilib…

-Sual doğur, Rusiya-Ukrayna cəbhəsində təmas xətti min kilometrlərlədir, məgər Ukrayna ordusu yalnız Kaxovka SES-in bəndi istiqamətindən hücum edəcəkdi ki, bənd dağıdılsın?!   Məlumatlara görə, rus ordusu kifayət qədər hərbi resuslara, Ukrayna ordusunun əks hücumunun qarşısını ala biləcək imkanlara malikdir. Kaxovka SES-in bəndinin dağılması nəticəsində başda ABŞ olmaqla qərb koalisiyası dərhal Rusiyanı ittiham etdi və psixoloji müharibənin əhatə darəsini genişləndirdilər, Kaxovka SES-in bəndinin dağıdılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının iclası çağırıldı. Rusiyaya yeni sanksiyalar tətbiq etməklə yanaşı, Rusiya hərbi cinayətdə ittiham edildi. Onu da deyim ki, 2022-ci ilin noyabr ayında  Ukrayna silahlı qüvvələri Polşa ərazisini vurdu və nəticədə iki Polşa vətəndaşı həlak oldu. Ukrayna həmin hadisədə də Rusiyanı ittiham etdi… “Polşa NATO ölkəsi olaraq Şimali Atlantika Blokundan müdafiə bəndinin işə düşməsini istəyəcək” kimi bir senari vardı. O vaxtlar ABŞ-ın xəbəri olmadan bu senari həyata keçirilmişdi. Ona görə də, tez bir zamanda müəyyən edildi ki, raketlər Rusiya tərəfindən deyil, Ukrayna silahlı qüvvələrinə məxsusdur və  hadisənin üstü ört-basdır edildi. Bu dəfə Kaxovka SES-in bəndinin dağıdılmasından ABŞ-ın xəbəri olduğu üçün Rusiyanın üzərinə gedildi. Sonda, onu deyim ki, Rusiya-Ukrayna münaqişəsinin uzanması ABŞ-ın maraqlarına uyğun olduğu üçün münaqişə daha da qızışdırılır. Kaxovka SES-in bəndinin dağıdılması münaqişənin daha da qızışdırılmasına xidmət edir ki, bu da ABŞ-ın maraqlarına uyğun gəlir. Bu münaqişənin tezliklə dəyandırılması real görünmür. Ona görə də, hadisələrin gərginləşməsi daha böyük fəlakətlərin baş verməsindən xəbər verir…

Dinlədi: JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA