Andranik Tevanyan: Paşinyan 4 il ərzində erməniləri məğlub olmuş və qorxaq bir xalqa çevirə bildi...
"Ermənistan" fraksiyasının deputatı Andranik Tevanyan bu barədə özünün Facebook səhifəsində yazıb.
"Məğrur" və "suveren"
2018-ci ildə onlar ən çox “suverenlik” və “məğrurluq” sözlərindən istifadə edib deyirdilər ki, biz nəhayət Ermənistanı suveren, vətəndaşlarını isə qürurlu edəcəyik.
Suverenliyi təmin etməklə anti-Rusiya siyasətini (Bolton dedi ki, tarixi stereotiplərdən qurtulmaq lazımdır), qürur dedikdə isə Nikola heyran olmağı nəzərdə tuturdular.
Suverenliyə gəlincə, indiki hakimiyyət Türkiyə, Azərbaycan, ABŞ, Fransa, Rusiya, İran, Hindistan, BMT, Aİ müşahidəçiləri, ATƏT, KTMT, Makronun həyat yoldaşı Pelosidən Ermənistana suverenlik, sülh, ərazi bütövlüyü diləyir.
Onlar İranın Qafandakı konsulunun kapanlıları sakitləşdirib İranın erməniləri qoruyacağını deyəndə sevinirlər. Onlar İran konsulunu və xarici işlər nazirini fəxrlə dinləyirlər, amma vicdanları olsaydı, utanaraq yerə girərdilər.
İranın Süniki himayə etməsi, Azərbaycanı hələlik təcavüzdən saxlaması təbii ki, yaxşı haldır, amma pisdir ki, biz bu həddə gəlib çıxmışıq. Bütün bunlar isə “qürurlu” vətəndaşların fəryadı və “suveren” inqilabçıların yalanları ilə müşaiyyət olunur.
Əgər belə davam etsə, bir gün Gürcüstan İcevanda konsulluq açacaq və sərhədlərin dəyişdirilməsinə yol verməyəcəyini bəyan edəcək. "Qürur" və "suverenlik" budur, deyə o qeyd edir.
Mənbə: https://news.am/
Təqdim etdi: Şakir QURBANOV