booked.netbooked.net booked.net  

Xudu Surxay oğlu Məmmədov (14 dekabr 1927-15 oktyabr 1988) - Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından (1969), Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957)

 Aforizmlər, fikirlər

  • Məsələ predmetdə deyil, ondan necə danışıldığında və ona necə baxıldığındadır.
  • Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılıb.
  • İnsana insan ehtiyacı yaradan müqəddəs günahlar, Sizə eşq olsun!
  • Vəzifə verirlər, sonra iş axtarırlar...
  • Sənə uzun ayrılığın sınağından çıxmış bir məhəbbət gətirmişəm.
  • Tənhalıq görüş ümidi ilə isinir. Demək, ölümdən sonra düşüncənin yaşaması yalandır.
  • Sən dünyaya lazım olmayanda dünya da sənə gərək olmur.
  • Pislər pisləri pisləşdirdiyi qədər yaxşılar yaxşıları yaxşılaşdırmırlar.
  • Həyat insanın başını xırdalıqlarla qatmasaydı, insan varlığı heyrətdən yox olardı.
  • Yersiz lazımolma arzusu əl-ayağa dolaşmaqdan başqa bir şey deyil.
  • Adamların qanunla qorunmaq dərəcəsinə çatması yüksəlişdirmi?
  • İdeal adam olmur, ideallaşdırmağa layiq adamlar olur.
  • İnsanların sıxlığından insan üçün darıxmaq da qəribə bir haldır.
  • Biz yalnız iç düşüncələrimizin formasını görə bilirik.
  • Orada insan əli ilə yaradılmış heç bir gözəllik yox idi...
  • Ömür yadda qalan günlərın sayı ilə ölçülür.
  • Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın.
  • Dərdi olmaq qorxulu deyil, ağlaya bilməmək qorxuludur.
  • Təşkil olunmuş bekarçılıq...
  • Başa düşülmək üçün başa düşməyə çalış.
  • İnsanlar arasında olmayınca ölü və diriliyini necə bilərsən?
  • İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?
  • Əlaqələndirmə şurasının sədri öz əlaqəsiz çıxışında göstərdi ki...
  • Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir.
  • Təbiət daşları necə də adama oxşadır. Əksinə də olur.
  • Yaşamaq üçün yox, düşünmək üçün bir sığınacaq tapmalı oldum.
  • Nəcib qəlbli insanı özünə borclu et və borcunu yerinə yetirməyə imkan vermə, olsun faciə!
  • Məqsədə arzumu itirmiş gəldim...
  • Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara çıx. Əlçatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus!
  • Pislikdən danışmaq yaradıcılığı hamıya verilib.
  • Mürəkkəblik çətinlık olmasa belə, onu insanlar özləri üçün yaradırlar.
  • Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır.
  • Şairin özü bir yana, hər uğurlu sözü insanlar arasında bir körpü, bir bağlı teldir.
  • Onu xalqın pis münasibətindən qanun qoruyurdu.
  • Dünya başıma dolanmasın deyə, özüm dünyanı dolanmağa başladım.
  • Bir şeyi və hər şeyi bilən heç bir şey bilmir.
  • Sözdən ürkək, qələmdən ürkək düşüncələr!
  • Qabiliyyətsizlik hələ qorxu deyil. Qorxulu onun çalışqanlığıdır.
  • Sənin gözlərin taleyimin qaranlıq səmasında mənə yol göstərən ulduzlar oldu.
  • Varlığımdan kənar varlığımsan mənim.
  • Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış - göylərin göz yaşı... Göylərin dərdi necə də böyükdür. Göy gurultusu - elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı.
  • Yersiz görülmüş iş də yersiz deyilmiş söz kimidir.
  • Könül Allah evidir.
  • Həyat öyrənildikcə şirinləşir.
  • Dünya bildiyimizdən artıq bizim ola bilməz.

Bu qala bizim qala 
Həmişə bizim qala 
Tikmədim özüm qalam 
Tikdim ki, izim qala.

Çiy yumyrta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz.

Elim köməyim olsun,
Əlim köməyim olsun,
Kimsəyə yük olarsam,
Ölüm köməyim olsun.

El arxadır, güvən, gəz,
Dağda bitər güvəngəz.
Nə dövlətə bel bağla,
Nə fələyə güvən gəz

Anam ozan olubdur,
Dərdə dözən olubdur,
Dili haqdan bağlanıb,
Naxış düzən olubdur.

Sənə bəslədiyim, Vətən, nə simdi?
Səsinnən ürəyim əsim-əsimdi.
Sevgimin əvəzin vermək istəsən,
Bir ovuc torpağın olmaq bəsimdi.

  • Hər bir xalq dünya sivilizasiyasına nə qədər pay verirsə, ancaq o qədər də götürə bilər.
  • Vətəni “sevdirməzdən” öncə, onu tanıtmaq lazımdır.
  • Sənət insanı həm ağıl azlığı, həm də ağıl artıqlığı bəlasından qoruyur.
  • Elm, bilik sənətkara ağlın gözləri ilə görünən aləmin üfüqlərini açır.
  • Elm və sənət qoşa qanaddır.
  • Alim üçün yaddan çıxarmağı bacarmaq yadda saxlamağı bacarmaqdan daha vacibdir.

Təqdim etdi: Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN