booked.netbooked.net booked.net  

Slovakiya AES üçün nüvə yanacağının Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalarının 12-ci paketinə daxil edilməsinə qarşıdır.

 Respublikanın xarici və Avropa işləri naziri Yuray Blanar  Slovakiya televiziyasında çıxışı zamanı "Bizim üçün qırmızı xətt ondan ibarətdir ki,  orada nüvə yanacağı olmamalıdır. Atom elektrik stansiyalarımız hələlik alternativ yanacağa keçə bilmir. Bu, dəqiq orada ola bilməz” deyib.

Onun fikrincə, Aİ Slovakiyanın fikrini dinləyəcək. Həmçinin xəbərdarlıq edib ki, Rusiyanın nüvə yanacağı yeni sanksiyalar paketinə daxil edilərsə, Bratislava veto hüququndan istifadə edəcək və bu müddəanı bloklayacaq.

Xatırladaq ki, hazırda Slovakiyada iki atom elektrik stansiyası fəaliyyət göstərir ki, onların da hər ikisi keçmiş SSRİ və Rusiyanın köməyi ilə yaradılıb.

 Qeyd edək ki, Bloomberg-in məlumatına görə, Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketi çərçivəsində ümumi həcmi 5,3 milyard dollar qiymətləndirilir, ticarət məhdudiyyətləri tətbiq etməyi planlaşdırır. Onun mənbələrinə görə, yeni təklif edilən məhdudiyyətlər qaynaq avadanlığının və kimyəvi məhsulların və hərbi məqsədlər üçün istifadə oluna bilən digər texnologiyaların ixracına təsir göstərəcək. İcma proqram təminatı lisenziyalarının və bəzi emal edilmiş metalların, alüminium və tikinti məhsullarının, nəqliyyat məhsulları və almazların idxalını qadağan etməyi də nəzərdən keçirir.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN