booked.netbooked.net booked.net  

Son illər dünya ölkələrinin bir çoxunda ekoloji vəziyyəti nəzərə alaraq benzinlə, dizellə işləyən avtomobillərin elektrik  və hibrid avtomobillərlə əvəzlənilməsinə çalışılır.

Və belə avtomobillərdən istifadə edənlərin də sayı günbəgün artır.

Bildiyimiz kimi, ölkəmizdə də bu cür avtomobillərdən istifadə edən sürücülər var. Lakin belə avtomobillərə taksi fəaliyyəti ilə məşğul olanlar daha çox önəm verirlər.

Əslinə isə bu avtomobillər təkcə maddi cəhətdən (ucuz yanacaq) sərfəli deyil, həm də ekoloji cəhətdən təmizdir, ekologiyanı çirkləndirmir.

Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarest şəhərinin bələdiyyəsi ətraf mühiti çirkləndirən avtomobillərlə mübarizə aparmaq üçün yeni yol fikirləşib. Belə ki, bələdiyyə ətraf mühiti çirkləndirən nəqliyyat vasitələrinə əlavə vergi tətbiq olunacağını elan edib.

Bu barədə Regnum agentliyi məlumat yayıb.

Bildirilir ki, həmin vergi  dizel yanacağı ilə işləyən avtomobillərə, həmçinin atmosferə Avro1 və Avro2 səviyyəsində karbon qazı buraxan avtomobillərə tətbiq olunacaq. Bu avtomobillərin sahibləri hər gün şəhər büdcəsinə 20 ley (4,3 dollar) vergi ödəyəcəklər.

Yeni qayda Buxarest qeydiyyatında olan və regiona aid avtomobillərə şamil ediləcək. Bu qaydanın pozulmasına görə 5.000 ley (1.000 ABŞ dolları) qədər cərimə nəzərdə tutulur.

Xatırladaq ki, ölkəmizdə də havanı çirkləndirən avtomobillərə qarşı Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə birgə tez-tez "Təmiz hava" aylığı keçirilir.

Və texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunurlar.  Belə nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat cərimə edilirlər.

Əlbəttə, bu cərimələr bəzən yetərsiz olur...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN