booked.netbooked.net booked.net  

Yeni ilin gəlişinə sayılı günlər qalıb.

Yeni ili ölkəmizdə, daha dəqiq söyləsək, qar görmək istəyi ilə bəzi dağlıq rayonlarımızın ərazisində yerləşən hotellərdə keçirməyi arzu edənlər də çoxluq təşkil edir. Əlbəttə, qiymətlər münasib olarsa, xaricdən də gələnlərimiz olacaq...

Elə yeni il gecəsi bölgələrdəki hotellərdə təklif olunan qiymətləri öyrənmək üçün trend agentliyinin əməkdaşı da məşhur hotellərə baş vurub. Və gördüyü o olub ki, bir balaca qiymətində ucuzluq olan hotellərdə artıq yerlər çoxdan bronlaşdırılıb və ora üz tutmaq istəyənlər daha  yer tapa bilməzlər.

   Məsələn, dekabrın 30-31-i və yanvarın 1-i tarixlərinə 2 nəfərlik paketin qiyməti 1810 AZN olan Qusar rayonunda yerləşən "Şahdağ" hoteldə artıq həmin günlər üçün bütün yerlər bəribaşdan bron edilib. Qeyd edilir ki, tələb olunan pula gündə 3 dəfə qidalanma və SPA xidmətləri daxildir.

"Şahdağ" hotelinin əvəzinə isə müştərilərə “Zirvə” və ya “Qala” hotelləri təklif olunur. Lakin məlum olub ki, bu hotellərdə də bütün yerlər bron olunub, həmçinin bu hotellərdə qiymətlər 1630 manata qədər bahalaşıb...

“Tufandağ” hoteldə də bayramı qeyd edtmək istəyənlərə üzücü xəbərimiz var, çünki orada da  boş yer qalmayıb. 2 nəfər üçün otağın günlük qiyməti burda bir qədər ucuz olub - 1396 AZN-dir.  Lakin dekabrın 31-dən 3 gecə isə 2 nəfər üçün 1693 AZN müəyyənləşib. Bura dekabrın 31-i şam yeməyi, digər günlər isə yalnız səhər yeməyi daxil edilib. VİP koteclərin qiyməti isə nə az, nə çox 4316 manat təşkil edir.

  "Quba Palace Hotel" də qiymətlər dekabrın 30-dan yanvarın 2-dək 1900 manatdır. Daha yüksək kateqoriya sayılan “family suit” otağın qiyməti isə 4000 min manatdır.

“Basqal” hoteldə isə tətil günlərində 2 nəfər üçün 3 günlük paketin qiyməti 1950 AZN-dir. Bura dekabrın 31-i qala gecəsi, hoteldəki digər xidmətlər, o cümlədən SPA daxildir. Eyni günlər üçün “delux” nömrə 2110 AZN, “family suit” isə 3980 AZN-dir.

“Şamaxı Palace” hotelində eyni günlər üçün 1450 AZN, eyvanlı otaqda isə 1480 AZN-ə başa gələcək. Qiymətlər dekabrın 30, 31-i və yanvarın 1-də 2 nəfər üçün nəzərdə tutulub. Buna gündə 3 dəfə qidalanma, qala şam yeməyi, hovuz və sauna xidmətləri daxildir.

Bayram ovqatını korlayan bu bahalı bayram gecəsinin qiymətlərini sizə təqdim etdik. Əksəriyyətimiz üçün cəlbedicidirmi, yaxud xarici turistləri həvəsləndirirmi?

Tezadlar.az indi isə fed-ə istinadən bəzi hotellərin 4 il əvvəlki yeni il gecələrinin qiymətlərini təqdim edir:

1.Qebele Qafqaz otelleri

31.12.18 – 02.01.19 

-Qafqaz Yeddi Gozel Hotel 4* - 289 AZN

-Qafqaz Karvansaray Hotel – 369 AZN

-Qafqaz Resort Hotel 5* – 399 AZN

-Qafqaz Sport Hotel 5* – 419 AZN

-Qafqaz Riverside Hotel 5* – 509 AZN


Yeni il qala gecəsində iştirak.

Azərbaycanın ən böyük otellər şəbəkəsi olan Qafqaz otelləri ölkəmizin ən gözəl bölgələrində, əsasən Qəbələdə yerləşir.

  2.Qalaalti Hotel

31.12.18 – 02.01.19

Əlavə binada:

Superior – 489 AZN

Əsas binada:

Superior – 539 AZN

Şabran rayonunda yerləşən və möhtəşəm mənzərəyə sahib olan Qalaaltı otelində istirahətiniz 2019-cu ilin ən gözəl anlarından olacaq.

 
3.Marxal otel:

30.12.18 – 01.01.19

Standart Room with Balcony – 629 AZN

Yeni il Gala gecəsində iştirak.

Marxal otel Şəkidə yerləşir.

 
4.Shamakhi Palace Hotel:

31.12.18 – 02.01.19

Deluxe King/Twin (bağ mənzərəli) – 640 AZN

Yeni təmirdən çıxmış Şamaxı Palas Azərbaycanın ən komfortlu otellərindən biri hesab edilir.  
 

5.Quba Palace

31.12.18 – 02.01.19

Deluxe Room Lake view – 899 AZN

Quba Palace oteli Qubada yerləşir.
 


6.Zirve Hotel

30.12.18 – 02.01.19

Deluxe Room – 1073 AZN

Burada  Şahdağ yüksəkliyində yerləşən “Zirvə”, “Shahdag”, “Park Chalet” və “Pik Palace” otellərində də Yeni İl gecəsini keçirmək təklif edilirdi.
 

7.Shahdag Hotel

30.12.18 – 02.01.19

Mənzərə zalı:
Deluxe Room – 1348 AZN
Təranə zalı:
Deluxe Room – 1319 AZN
Miras zalı:
Deluxe Room – 1238 AZN

 


8.Park Chalet:

30.12.18 – 02.01.19

Deluxe Room – 1429 AZN


9.PIK Palace:

30.12.18 – 02.01.19

Deluxe Room – 1458 AZN
 

4 il əvvəlki bu qiymətlərlə də tanış oldunuz. Və bəzi fərqləri gördüz.

 Lakin göründüyü kimi, hotellərdəki qiymətlər nə çoxumüzun cibinə uyğundur, nə də əcnəbilər üçün cəlbedicidir.

Elə buna görə də, bu qiymətə ölkəmizdə 1-2 günlük bayram təklifini qəbul etməkdənsə, qonşu ölkələrdə, lap elə qardaş Türkiyədə, Gürcüstanda 1 həftə dincəlməyə və səyahət etməyə üstünlük verilir. 

Qeyd edək ki, məhz hotellərimizin bahalığı səbəbindən həmyerlilərimiz Gürcüstana az xeyir vermir. 

Məsələn, GMB-nın hesabat məlumatına görə, təkcə cari ilin yanvar-aprel aylarında Azərbaycandan olan turistlər Gürcüstana 22,9 milyon ABŞ dolları qazandırıb.

 2022-ci ilin yanvar-sentyabr aylarında xarici ölkə vətəndaşlarının Gürcüstana səfərlərinin sayı 2021-ci illə müqayisədə 3 dəfə çox olub. Gürcüstanda turizm demək olar ki, pandemiyadan əvvəlki yüksək səviyyəyə qayıdıb.

Gürcüstan Milli Bankının məlumatına görə, cari ilin əvvəlindən ölkənin turizm gəlirləri 2,5 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 190,7% çoxdur.

2022-ci ilin yanvar-sentyabr ayları üçün gəlirlərin həcmi Gürcüstanın beynəlxalq səyahətçilərin səfərlərinin sayına görə rekord vurduğu 2019-cu ilin “pandemiyadan əvvəlki” dövrünün 97,5%-ni təşkil edib.

 Gürcüstanın gəlirinin əsas hissəsi Rusiyadan gələn ziyarətçilər sayəsində daxil olur - 563,4 milyon dollar.

Cari ilin sentyabrında ruslar bu ölkədə 95,5 milyon dollar, Aİ-dən gələnlər 44,7 milyon dollar, Türkiyə vətəndaşları isə 35,8 milyon dollar xərcləyiblər.

Xatırladaq ki, Gürcüstanda cari ilin 8 ayı ərzində turizmdən əldə olunan gəlir 1,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 3 dəfə çoxdur.

Təəssüf ki, biz hələ də turizmçiliyi istənilən səviyyədə inkişaf etdirə bilməmişik... Səbəb isə bahalıq, xidmətin zəifliyi, hotellərin azlığı və ilaxır...

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN