booked.netbooked.net booked.net  

Ukraynadan olan hər üç qaçqından biri Almaniyada ya əbədi, ya da ən azı bir neçə il qalmaq istəyir.

 "Bild"in yazdğına görə, bunu cümə axşamı Berlində təqdim olunan sorğunun nəticələri sübut edir.

Sorğuda iştirak edən 11 mindən çox ukraynalının 26%-i həmişəlik , 11%-i isə daha bir neçə il qalmaq istəyir.

Qaçqınların təxminən üçdə biri (34%) müharibə başa çatdıqdan sonra Almaniyanı tərk etmək istəyir. Respondentlərin 27%-i qərarsız qalıblar. Ukraynadan olan qaçqınların yalnız 2%-i bir il ərzində yenidən qayıtmağı planlaşdırır. Almaniyanın əcnəbilərin reyestrinin noyabrın 21-nə olan məlumatına görə, fevralın 24-dən - müharibə başlayandan bəri Almaniyaya daxil olmuş 1.026.599 nəfər qeydə alınıb. Yetkin yaşlı qaçqınların təxminən 80%-i qadınlardır, onların da demək olar ki, yarısı (48%) azyaşlı uşaqları ilə yaşayır.

***

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının  (UNHCR) məlumatına görə, hazırda Avropada 7,4 milyon ukraynalı qaçqın yaşayır. Onların apardığı araşdırmaya – sorğuya görə, ukraynalı qaçqınların əksəriyyəti (82 faiz) ailələrinə qovuşmaq üçün evlərinə qayıtmaq niyyətindədirlər, yalnız 13 faizi yaxın üç ay ərzində bunu etməyi planlaşdırır.

Araşdırma avqust-sentyabr aylarında Avropada və onun hüdudlarında yaşayan 4800 ukraynalının cavabları əsasında aparılıb.

UNHCR-in məlumatına əsasən, 30 avqust 2022-ci il tarixinə Ukrayna vətəndaşlarının təhlükəsizlik riskləri ilə əlaqədar xarici miqrasiyası (24 fevral 2022-ci il tarixindən etibarən Ukrayna ilə sərhəd keçidlərinin sayı ilə hesablanıb) 12 milyon nəfər təşkil edib. Onlardan 5,3 milyonu Ukraynaya qayıdıb.

Qeyd edək ki, Ukraynanda 1 yanvar 2022-ci ilin statistikasına görə, 34,5 milyon nəfər yaşayıb.

 Xatırladaq ki, uzun illərdir Ukrayna əhalisi azalmağa doğru gedir. Belə ki, 1 yanvar 1993-cü ilin statistik məlumatlarına görə, ukraynalıların sayı 52 milyon nəfər təşkil edirdi. Son 10 ayda baş vermiş müharibə də ölkə əhalisinin sayının azalmasına səbəb oldu.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN