booked.netbooked.net booked.net  

Soçidəki milli parkın ərazisində itən turist 4 gün dağlarda axtarış aparıldıqdan sonra nəhayət ki, tapılıb. Lakin bu axtarışın xoş nəticəsinin sevincini dadmaq turistə baha başa gəlib...

Belə ki, həmin turist üçün inzibati protokol tətbiq edilib.

Bu barədə Soçi Milli Parkının mətbuat xidməti məlumat yayıb.

"İlk baxışdan bu, gözəl bir xilasetmədir, amma əslində - 8.39-cu maddə üzrə inzibati xətadır", - məlumatda deyilir.

 Mətbuat xidməti səyyahın 3-4 min rubl cərimə edilməsi lazım olduğunu qeyd edib.

Cəriməyə məruz qalan turistin günahı isə xüsusi qorunan əraziyə icazə sənədi olmadan keçməsindədir.

"Milli Parkın əməkdaşları inzibati protokol tərtib etdilər. Turist belə bir hərəkəti bir daha təkrarlamamağa sövq edilib", - qoruğun məlumatında bildirilir.

 Xatırladaq ki, istirahətə gələn şəxs dekabrın 11-də kurortun dağlarında itkin düşüb.

Belə ki, dostu ilə gəzinti zamanı fərqli marşrutlar boyunca dağılışmaq qərarına gəlirlər, ancaq razılaşdırılmış vaxtda səyahətçi görüşəcəkləri yerə gəlməyib və əlaqə də yaratmayıb.

Dörd günlük axtarışdan sonra itkin düşmüş turist Ajek silsiləsi ərazisində əzgin halda tapılıb. Milli Parkın məlumatına görə, itkin düşmüş kişi qadağan olunmuş zonanın elanlarına məhəl qoymadan, internetdə hansısa xəritədən istifadə edib. Bundan əlavə, turistlər yollandıqları marşrut barədə FHN-ə məlumat verməli olduqları halda, bu barədə xəbər verməyiblər.

***

Qeyd edək ki, bəzən itkin düşən turistlər öz məsuliyyətsizlikləri ucbatından belə bir problemlə üzləşirlər. Onlar bələd olmadıqları ərazidə özbaşına səyahətə çıxırlar və tanımadıqları yerlərdə itkin düşürlər. Məlumdur ki, bir çox hallarda itkin düşən turistləri tapmaq mümkün olmur...

Soçidə itkin düşən turistin isə bu dəfə bəxti gətirib – 3-4 minlik cəriməni nəzərə almasaq...

Y.MƏMMƏDLİ   

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN