booked.netbooked.net booked.net  

Prezidentin Naxçvanda Səlahiyyətli nümayəndəliyinin fəaliyyət istiqamətləri müəyyən edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə məsələ Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamədə əksini tapıb.

Səlahiyyətli nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının (bundan sonra – yerli icra hakimiyyəti orqanları) fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

2.1.2. müvafiq ərazinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək;

2.1.3. müvafiq ərazidə ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabatlar təqdim etmək;

2.1.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

Xatırladaq ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

 Sərəncamla Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN