booked.net booked.net  

Türkiye Ukraynanın Krım bölgəsinin qeri-qanuni ilhaqını tanımadığını, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.
Xarici İşlər Nazirliyi Krımın qeyri-qanuni ilhaqının 9-cu ildönümü ilə bağlı yazılı bəyanat yayıb.

TEZADLAR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bəyanatda Ukraynanın Krım Muxtar Respublikasının 9 il əvvəl 16 mart tarixində keçirilən qeyri-qanuni referendumla beynəlxalq hüquqa zidd olaraq Rusiya tərəfindən ilhaq edildiyi bildirilib.

Bəyanatda deyilir: "Ukraynanın Krım bölgəsinin qeyri-qanuni ilhaqını tanımırıq, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Krım tatarlarının vəziyyəti ölkəmiz üçün hər zaman böyük əhəmiyyət kəsb edir''.

Qeyd edək ki, Rusiya 2014-cü il 16 mart tarixində keçirilən qeyri-qanuni referendumla Ukraynaya tabe olan Krım Muxtar Respublikasını ilhaq etmişdi.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN