Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyul 2026 / 06:17

İngiltərə Fransaya qalib gələrək dünya üçüncüsü oldu

İngiltərə futbol üzrə dünya çempionatında bürünc medallara sahib olub.

Tezadlar.az xəbər verir ki, dünya çempionatının yarımfinalında Fransa ilə qarşılaşan ingilislər 6:4 hesabı ilə qələbə qazanıblar.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda İngiltərə komandasından Bukayo Saka rəqib qapısından 3 qol keçirib. Digər qolları isə Deklan Rays, Ezri Konsa və Cud Bellinqem vurub.

Fransa yığmasından isə Kilian Mbappe iki qolla yadda qalıb. Bununla da o, bu çempionatda vurduğu qolların sayını 10-a çatdırıb. Onun komanda yoldaşları Bradli Barkola və Usman Dembele isə hərəyə bir dəfə fərqələniblər.

Dünya çempionatının final matçı isə bu gün saat 23:00-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!