Əsas məzmuna keç

İnstaqramda Futbolçu Axtarır

İkinci liqada mübarizə aparan “Şəmkir” klubunun baş məşqçisi Vüqar Nadirovun instaqramda etdiyi paylaşım gündəm olub.

​​​​​​”Tezadlar.az” xəbər verir ki, “Qarabağ”ın və Azərbaycan yığmasının sabiq futbolçusu elan verərək komandasına futbolçu axtardığını bildirib.

O, bunun üçün seçimlər edəcəyini də açıqlayıb: “Şəmkir” klubu 2025/2026 mövsümü üçün “Şəfa” stadionunda 3 günlük seçimlər keçirəcək. Seçimlərdə iştirak etmək istəyənlər əlaqə saxlasınlar.

Artıq çəkisi olan, eləcə də əyləncə məqsədilə gələnlər narahat etməsinlər”.

Vüqar Nadirov saytımıza açıqlamasında seçimlərdən yaxşı futbolçular çıxdığını bildirib: “Bəzən seçimlərdən keyfiyyətli futbolçular çıxır. Biz komandanın özəyini saxlamışıq, amma yeni oyunçulara ehtiyacımız var. Bunun üçün də seçimlər edəcəyik. Artıq büdcə bəllidir və işlərə başlamışıq”. 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…