Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/2
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Misir Ərəb Respublikasının planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom ilə görüşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Görüşdə Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər ölkələr arasında iqtisadi əməkdaşlıq potensialının daha səmərəli reallaşdırılması imkanlarını, qarşılıqlı fəaliyyəti təşviq edən biznes platformalarının formalaşdırılmasını və işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Müzakirələr zamanı ticarət, investisiya, sənaye, enerji, turizm və digər istiqamətlərdə işbirliyinin inkişafı üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb”, – məlumatda qeyd olunub.