Əsas məzmuna keç

İran: 27 iyundan bəri ABŞ-ın hücumlarında 59 nəfər ölüb

İran Səhiyyə Nazirliyi 27 iyundan bəri ABŞ-ın ölkəyə hücumlarında 59 nəfərin öldüyünü və 666 nəfərin yaralandığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur hücumlarla bağlı son məlumatları ABŞ-da yerləşən bir şirkətin sosial media hesabı vasitəsilə paylaşıb.

Kermanpur 27 iyundan bəri hücumlarda qadın və uşaqlar da daxil olmaqla 59 nəfərin öldüyünü və 666 nəfərin yaralandığını bildirib.

O əlavə edib ki, yaralılardan 32-si hələ də xəstəxanalarda müalicə alır, digərləri isə müalicədən sonra evə buraxılıb.

Kermanpur 23 iyulda verdiyi açıqlamada 55 ölüm və 629 yaralanma barədə məlumat vermişdi.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…