Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyul 2026 / 18:54

İran: ABŞ-ın Əhvazdakı uşaq xərçəng xəstəxanasına hücumu müharibə cinayətidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın dünən gecə Əhvazdakı uşaq xərçəng müalicəsi mərkəzi olan Şəhid Bekayi Xəstəxanasının ətrafındakı əraziyə hücumunu pisləyərək bunu “müharibə cinayəti” adlandırıb.

Tezadlar.az bildirir ki, Bəqai ABŞ-ın Xuzistan əyalətinin Əhvaz şəhərindəki xəstəxanaya hücumu ilə bağlı açıqlama verib.

O, ABŞ-ın hücumu səbəbindən xəstəxananın boşaldıldığını bildirib və hücumun İsrailin səhiyyə müəssisələrinə qarşı “vəhşiliyini” xatırlatdığını əlavə edib.

Bəqai xəstəxanada müalicə alan 211 xərçəng xəstəsinin hücum səbəbindən təcili olaraq boşaldıldığını bildirib və deyib: “Bu, bəşəriyyətin ən günahsız varlıqlarına (həyatları uğrunda mübarizə aparan uşaqlara) qarşı alçaq bir müharibə cinayətidir”.

Bəqai beynəlxalq ictimaiyyətə müraciət edərək bildirib:

“İnsan hüquqlarından daim danışan, lakin xəstəxanalara və səhiyyə mərkəzlərinə edilən hücumları qəsdən görməzdən gələnlər bütün mənəvi etibarlarını itiriblər.”

Bu arada, Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin açıqlamasında bildirilir ki, hücumdan sonra xəstələrin və işçilərin təhlükəsizliyi üçün xəstəxana boşaldılıb, lakin bəzi xəstələr bu səhər geri qayıdıb və bu da xəstəxananın yenidən açılmasına imkan verib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!