Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran İnqilab Keşikçiləri Korpusu ABŞ Müdafiə Nazirliyinin hərbi itkiləri gizlətdiyini iddia edib.
İnqilab Keşikçiləri Korpusu İordaniyada öldürülən ABŞ əsgərlərinin sayının ABŞ Müdafiə Nazirliyinin açıqladığı rəqəmdən daha çox olduğunu iddia edib.
Tezadlar.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun açıqlamasında ABŞ Müdafiə Nazirliyinin hərbi itkiləri gizlətdiyi və xüsusilə İordaniyadakı ABŞ bazalarına edilən hücumlarda çox sayda əsgərin öldürüldüyü iddia edilib.
İranın ABŞ bazalarına hücumlarında 100 ABŞ əsgərinin yaralandığı iddiası
“The New York Times” (NYT) əvvəllər ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranın ABŞ qüvvələrinə son hücumlarının bəziləri və çox sayda ABŞ əsgərinin yaralandığı barədə məlumatları ictimaiyyətə açıqlamadığını iddia etmişdi.
Bu arada, İranın ABŞ bazalarına edilən hücumlarında 100 ABŞ əsgərinin yaralandığı iddia edilmişdi.
Bu iddialardan sonra Pentaqonun sözçüsü Şon Parnell də televiziya müsahibəsində 7 iyuldan bəri təxminən 100 nəfərin “müəyyən dərəcədə xəsarət aldığı müəyyən edildiyini” və onların 96 faizinin xidmətə qayıtdığını təsdiqləyib.
ABŞ həmçinin üç əsgərin həyatını itirdiyini açıqlayıb.
ELBAR