14 İyul 2026 / 12:55

İran: ABŞ sanksiyalarına baxmayaraq, neft ixracı fasiləsiz davam edir

İranın neft naziri Möhsün Paknejad bildirib ki, ABŞ-ın 60 günlük sanksiya güzəştini ləğv etmək qərarına baxmayaraq, neft ixracı fasiləsiz davam edir.

Tezadlar.az xəbər verir ki, İran hökumətinin veb saytında verilən açıqlamaya görə, Paknejad İran neft ixracı ilə bağlı məlumat verib.

Paknejad bildirib ki, İran illərdir ABŞ sanksiyalarından yayınmaq üçün neft ixracı mexanizmləri qurub və Tehranla Vaşinqton arasında anlaşma memorandumunda verilən 60 günlük neft ixracı güzəştinə baxmayaraq, bu köhnə mexanizmləri pozmayıblar.

O əlavə edib ki, onlar bu mexanizmlərdən istifadə etməyə davam edirlər və ABŞ öz öhdəliyini yerinə yetirməyib və neft ixracı güzəştini ləğv etməklə anlaşma memorandumunun 10-cu maddəsini pozub.

“Neft ixracının davam etdirilməsi üçün nəzərdə tutulan strukturlar qorunub saxlanıldığı üçün ölkənin neft ixracı prosesi əvvəlki kimi davam edir və şükürlər olsun ki, bu baxımdan heç bir problem yaşamırıq”, – Paknejad bildirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!