Əsas məzmuna keç

İran: ABŞ tikintisi aparılan nüvə stansiyasına hücum etdi

İran Atom Enerjisi Təşkilatı ABŞ-ın tikintisi davam edən Darhovin nüvə elektrik stansiyasına hücum etdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, təşkilatın sosial media hesabında yayımlanan açıqlamada ABŞ qüvvələrinin Darhovin şəhərində tikilməkdə olan nüvə stansiyasına hücum etdiyi bildirilir.

Orada qeyd olunur ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nəzarəti altında dinc nüvə obyektinə hücum beynəlxalq hüquqa qarşı açıq bir cinayətdir.

Darhovin (Karun) bölgəsində 300 meqavatlıq nüvə elektrik stansiyasının tikintisinə 2022-ci ilin dekabr ayında başlanılıb.

Təzyiqli su reaktoru sistemi ilə işləyəcək stansiyanın tikintisinin təxminən 8 il çəkəcəyi və 2 milyard dollara başa gələcəyi gözlənilir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…