Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran ABŞ-ni yeni hərbi avantüralardan çəkindirərək ölkənin ərazi bütövlüyünə yönələn istənilən təhdidə qarşı qətiyyətlə müqavimət göstərməyə hazır olduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə telefon danışığı zamanı bildirib.
Qeyd olunub ki, tərəflər regiondakı son hadisələri müzakirə edib və aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Əraqçi İran xalqının və ölkənin silahlı qüvvələrinin İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq qətiyyətini vurğulayaraq, ABŞ-nin İrana son zərbələrini pisləyib.
Əraqçi, həmçinin bildirib ki, ABŞ rəsmilərinin qarşılıqlı anlaşma memorandumuna əməl edilmədiyinə dair bəyanatları Vaşinqtonun öz öhdəliklərini pozduğunu və onun eskalasiya siyasətini davam etdirdiyini göstərir.