Əsas məzmuna keç

İran: Hörmüz boğazı ilə bağlı Omanla danışıqlar davam edir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehran və Məsqət arasında Hörmüz boğazının idarə olunması ilə bağlı danışıqların davam etdiyini bildirib.

Tezadlar.az xəbər verir ki, İran Əmək Xəbər Agentliyinə (ILNA) danışan Bəqai İran-Oman danışıqları ilə bağlı açıqlama verib.

Bəqai 24-25 iyul tarixlərində Tehranda başlayan İran-Oman danışıqlarının hələ də davam etdiyini və 29 iyulda xarici işlər nazirləri səviyyəsində görüşlərin də keçirildiyini bildirib.

Bəqai İran və Oman kimi iki sahilyanı dövlət arasında danışıqların uzun müddətdir gündəmdə olduğunu və bunun ABŞ-ın hücumlarından və Hörmüz boğazının bağlanması məsələsindən asılı olmadığını bildirib.

Bəqai qeyd edib ki, boğazda nəqliyyatın dayandırılması və dəniz yollarının təhlükəsizliyinin olmaması ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasından qaynaqlanır.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…