İranın ali dini lideri Ayətullah Əli Xamneyi sosial mediada bildirib ki, hökumətlər Qərb ölkələrinin dəstəyinə arxalanmamalıdır.
Tezadlar.az xəbər verir ki, bu barədə “Kommersant” yazır.
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında görüş fevralın 28-də baş tutub. Tərəflər bir sıra əsas məsələlərdə kompromis əldə edə bilməyiblər. Nəticədə, mineral sövdələşmə imzalanmadı, mətbuat konfransı ləğv edildi və Ukrayna liderinə Ağ Evi mümkün qədər tez tərk etmək tövsiyə edildi.
“Bütün hökumətlər bunu başa düşməlidir. ABŞ və Avropaya güvənən hökumətlər Ukraynadakı mövcud vəziyyətə baxmalıdırlar”, – Xamneyi Ukrayna dilində yazıb.
Xatırladaq ki, 2022-ci ilin martında Ali Məqamlı Rəhbər “İndiki Ukrayna dünənki Əfqanıstandır” deyərək, ABŞ siyasətini Ukraynadakı böhranın əsas səbəbi adlandırıb.
ELBAR