ABŞ-ın Hörmüz boğazı yaxınlığındakı Sirik və Qeşm adası ətrafında hücumlar təşkil etdiyi bildirilib.
Tezadlar.az xəbər verir ki, İranın Tasnim Xəbər Agentliyinin Hörmüzqan qubernatorluğundakı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ bombaları yerli vaxtla saat 00:55-də Sirik yaxınlığındakı bir yerə zərbə endirib.
Daha sonra, saat 00:57-də ABŞ Qeşm adası yaxınlığındakı bir yerə hücum təşkil edib.
Hücumların miqyası araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq.
ELBAR







