27 İyul 2026 / 06:15

İran: Ukrayna tezliklə İranın heç bir hərəkəti cavabsız qoymadığını anlayacaq

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi xəbərdarlıq edib ki, Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumu ilə bağlı “Ukrayna tezliklə İranın heç bir hərəkəti cavabsız qoymadığını anlayacaq”.

Tezadlar.az xəbər verir ki, Əzizi bu açıqlamanı sosial media hesabında paylaşıb.

İrana qarşı hücumların həmişə nəticələri olduğunu vurğulayan Əzizi ABŞ və İsrailin bundan xəbərdar olduğunu bildirib və əlavə edib: “Ukrayna tezliklə İranın heç bir hərəkəti cavabsız qoymadığını anlayacaq”.

Əzizi həmçinin Ukraynaya istinad edərək deyib: “Səhv hesablayanların siyahısı artır”.

Ukrayna Prezidenti Volodimir Zelenski Xəzər dənizində İranla əlaqəli hərbi təchizat daşıyan gəmilərin və bir hərbi gəminin uzun mənzilli hücumlara məruz qaldığını açıqlayıb.

İran Xarici İşlər Nazirliyi hücumu pisləyib.

Bundan əlavə, Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinə çağırılıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!