Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Xarici İşlər Nazirliyi ABŞ-ın İranın cənub sahilindəki müəyyən monitorinq məntəqələrinə hücumlarının Anlaşma Memorandumunun 1-ci maddəsinin, yəni hərbi əməliyyatların dayandırılmasının pozulması olduğunu və onun əsas müddəalarını etibarsız hesab etdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ-ın İrana hücumları ilə bağlı açıqlama yayıb.
Açıqlamada aşağıdakılar yer alıb:
“ABŞ-ın İrana təkrar hücumları ABŞ Maliyyə Nazirliyinin İran neft satışına sanksiyaları ləğv etmək qərarı, İranın Hörmüz boğazı ilə bağlı razılaşmalarının pozulması və sionist rejimin Livana hücumlarının davam etməsi Anlaşma Memorandumunun əsas müddəalarını etibarsız edib.”
Açıqlamada ABŞ-ın artan gərginliyin nəticələrinə görə məsuliyyət daşıyacağı vurğulanıb və İranın ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün özünü müdafiə etməkdən çəkinməyəcəyi və hücumların mənşə nöqtələrini hədəf almağa davam edəcəyi qeyd edilib.
Açıqlamada həmçinin Fars körfəzinin cənubundakı ölkələrə ərazilərinin ABŞ tərəfindən İrana qarşı hücumlar üçün istifadəsinə icazə verməmək kimi beynəlxalq öhdəlikləri xatırladılıb.
ELBAR