Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Xarici İşlər Nazirliyinin və Danışıqlar Nümayəndəliyinin sözçüsü İsmail Beqai İranla ABŞ arasında qarşılıqlı hücumlarla bağlı bildirib ki, “Şübhəsiz ki, saziş böhran mərhələsinə qədəm qoyub”.
Tezadlar.az xəbər verir ki, Beqai Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İranın heç vaxt öhdəliklərini pozmaqda qabaqcıl olmadığını iddia edən Beqai deyib: “Şübhəsiz ki, saziş böhran mərhələsinə qədəm qoyub. Bu sazişi ardıcıl olaraq pozan tərəf ABŞ-dır”.
Beqai bildirib ki, Omanın paytaxtı Məskatda Oman nümayəndə heyəti ilə Hörmüz boğazından keçid qaydalarını müzakirə etmək üçün görüş keçiriblər və bir mexanizm yaratmağa çalışıblar, lakin ABŞ-ın Omana təzyiqi səbəbindən nəticəyə gələ bilməyiblər.
Milli təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirləri görəcəklərini bildirən Beqai deyib: “Son günlərdə baş verənlərə görə məsuliyyət ABŞ-ın üzərindədir”.
Beqai həmçinin ABŞ-ın Hörmüz boğazında gəmiləri müşayiət etməsi iddiasının Vaşinqton administrasiyasının regionda təhlükəsizliyi təhlükəyə atmaq niyyətini nümayiş etdirdiyini iddia edib.
ELBAR