Əsas məzmuna keç

İranda bu səbəbdən dövlət müəssisələri bağlanacaq

İranın cənub-şərqində yerləşən Kerman əyalətində temperaturun yüksəlməsi və elektrik təchizatının sabitliyinin qorunması zərurəti səbəbindən dövlət müəssisələri və təhsil müəssisələri sabah bağlanacaq.

Tezadlar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA Kerman Valiliyinin açıqlamasını dərc edib.

Açıqlamada bildirilib ki, həddindən artıq isti dalğası ilə mübarizə aparmaq və enerji şəbəkəsinin dayanıqlılığını təmin etmək üçün Kermandakı bütün dövlət müəssisələri və təhsil mərkəzləri sabah bağlanacaq.

Qərara təcili yardım xidmətləri, səhiyyə, xidmət, hərbi və təhlükəsizlik bölmələri və ya təyin olunmuş bank və sığorta filialları daxil deyil.

İsti və yarımsəhra iqlimi olan Kerman əyalətində son illərdə rekord dərəcədə yüksək temperatur müşahidə olunub ki, bu da gündəlik həyata mənfi təsir göstərib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…