11 Mart 2026 / 15:28

İranda minlərlə bina ciddi zədələndi – əksəriyyəti yaşayış binasıdı

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları nəticəsində 19 734 binaya ciddi şəkildə ziyan dəyib.

Tezadlar.az  xəbər verir ki,  bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Müctəba Xaledi yerli mediaya açıqlamasında deyib. Sözçünün sğzlərinə görə, bu binalardan 16 191-i sadəcə yaşayış binalarıdır.

O, həmçinin Qırmızı Aypara Cəmiyyətinin 16 mərkəzinin hərbi hava hücumlarına məruz qalması səbəbindən fəaliyyətini dayandırdığını da bəyan edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!