Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın Yəməndəki husilərə ABŞ-nin İranın enerji infrastrukturuna zərbələr endirəcəyi təqdirdə Bab-əl-Məndəb boğazını bağlamağı tapşırdığı iddia olunur.
Tezadlar.az xəbər verir ki, “Reuters” agentliyi məlumatı üç anonim mənbəyə istinadən yayıb.
Mənbələrin bildirdiyinə görə, məsələ İran rəhbərliyi ilə müzakirə edildikdən sonra husilərə müvafiq göstəriş verilib. Lakin bu tapşırığın ABŞ Prezidenti Donald Trampın İranın enerji obyektlərinə mümkün zərbələrlə bağlı açıqlamalarından əvvəl, yoxsa sonra verildiyi məlum deyil.
Husilərə yaxın mənbə bildirib ki, Bab-əl-Məndəb boğazı ətrafında raket və pilotsuz uçuş aparatları yerləşdirilib. Boğazın bağlanması ilə bağlı hazırlıqların başa çatdığı və yalnız əmrin verilməsinin gözlənildiyi qeyd olunub.
Dünya dəniz ticarətinin təxminən 12 faizinin keçdiyi bu boğazda hər hansı məhdudiyyət neft və mayeləşdirilmiş təbii qaz tədarükünə, eləcə də beynəlxalq ticarət axınlarına ciddi təsir göstərə bilər.