Əsas məzmuna keç

İranın ali dini lideri Xameneinin tabutunu əks etdirən fotoşəkil paylaşılıb

İranın ali dini lideri Xameneinin dəfninə ciddi hazırlıq görülür. Tezadlar.az CNN- ə istinadla bildirir ki, ali dini liderin X sosial şəbəkəsində onun tabutu qoyulmuş kiçik bir otağın fotoşəkli paylaşılıb. Fotoşəkildə fars dilində yazılarla bərabər, İranın dövlət bayrağı da əks olunub.

Xameneinin ən qısa vaxtda dəfn olunacağı bildirilir. Onun oğlu Müctıba Xamenei də İsrail və ABŞ- ın raket zərbələri zamanı atasının yanında olduğundan ağır yaralanmışdı, hələ də müalicə olunur və canlı olaraq ictimaiyyət qarşısına çıxa bilmir.

Bəzi mənbələrin sözlərinə görə, Xameneinin dəfninin bu qədər gecikməsinə səbəb də Müctəba Xameneinin sağalması, mümkün qədər atasının dəfnində iştirak edə bilməsi olmuşdur.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…