13 Mart 2026 / 06:18

İranla bağlı proses çox sürətlə irəliləyir – Tramp

ABŞ prezidenti Donald Tramp Amerika ordusunun İrana hücumlarının “çox yaxşı getdiyini” bildirərək əlavə edib: “İranla bağlı proses çox sürətlə irəliləyir”.

Tezadlar.az xəbər verir ki, prezident Tramp Ağ Evdə keçirilən və həyat yoldaşı Melaniya Trampla birlikdə qatıldığı Qadınlar Tarixi Ayı tədbirində İran məsələsinə toxunub.

İran rejiminin 47 ildir bölgədə “terror” yaydığını iddia edən Tramp deyib: “İranla bağlı proses çox sürətlə irəliləyir. Ordumuz çox yaxşı işlər görür. Heç kim əvvəllər belə bir şey görməyib. Biz indi 47 ildə edilməli olanı edirik”.

ABŞ prezidenti əlavə edib: “Onlar (İran) terror və nifrətlə dolu bir millətdir və indi bunun üçün ağır bədəl ödəyirlər”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!