Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi, İraq ərazisindən buraxılan və ölkənin şərq bölgəsindəki neft obyektlərini hədəf almağa çalışan çoxsaylı pilotsuz uçuş aparatlarının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
Tezadlar.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Turki əl-Maliki sosial media hesabında bildirib ki, hava hücumundan müdafiə sistemləri son saatlarda şərq bölgəsindəki neft obyektlərini hədəf alan çoxsaylı PUA-ları məhv edib.
Maliki deyib: “Bu terror cəhdləri yenidən İraq ərazisindən başlayıb və İranla əlaqəli terrorçu milislər tərəfindən həyata keçirilib”.
Bəyanatında Maliki Səudiyyə Ərəbistanının qisas almaq hüququna da toxunaraq deyib: “Səudiyyə Ərəbistanı özünü və imkanlarını qorumaq, uyğun vaxtda və yerdə cavab vermək kimi fundamental hüququnu özündə saxlayır”.
ELBAR







