3 Dekabr 2025 / 10:41

İşə düzəltmək adı ilə dələduzluq etdi, amma özünü işə saldı…

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları 53 yaşlı İlqar Əliyevi müxtəlif şəxsləri aldadaraq onlardan pul almaqda şübhəli şəxs qismində saxlayıblar. Tezadlar.az xatırladır ki, araşdırmalarla onun insanlara dövlət qurumlarına və özəl sektora işə düzəltmə vədi verərək ümumilikdə 29 min manat ələ keçirdiyi, lakin heç bir vədinə əməl etmədiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.
Azərbaycan DİN-nin Mətbuat Xidməti vətəndaşlara xatırladır ki, İ.Əliyevin bu kimi əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə məlumat versin…
Beləliklə, işə düzəltmək adı ilə dələduzluq etdi, amma sonda özünü işə saldı…
ELŞAD
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!