Əsas məzmuna keç

İsrail ABŞ-dan sorğusuz İrana hücum etməyəcək – KİV

Mediada yer alan xəbərlərə görə, danışıqlar zamanı İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa Vaşinqtonun tələbi olmadan İrana qarşı hərbi hücumlardan çəkinəcəyinə dair zəmanət verib.

Bu barədə Associated Press İsrail mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Netanyahu hücum halında İsrailin cavab vermək hüququnu özündə saxladığını bəyan edib. O, həmçinin ABŞ-a yeni kəşfiyyat məlumatlarını verməyə davam edəcəyinə söz verib,  eyni zamanda Donald Trampa Yaxın Şərqdəki ərəb ölkələrinin mövqelərini nəzərə alaraq İran məsələsi ilə bağlı qərarlarını tam dəstəkləyəcəyinə əmin edib.

Görüş ərəfəsində “Al-Monitor” qəzeti İsrail Baş nazirinin ABŞ Prezidentinə İranın sənaye obyektlərinə, körpülərinə və dəmir yolu infrastrukturuna yeni zərbələr endirmək üçün variantları təqdim etmək planları barədə məlumat verib.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın