17 May 2026 / 20:46

İSRAİL İQTİSADİYYATININ “İRAN” HƏYƏCANI!

ABŞ-İsrail birliyinin İrana hücumlarla başlayan müharibəsinin mənfi təsirinə məruz qalan İsrail iqtisadiyyatı 2026-cı ilin birinci rübündə illik müqayisədə 3,3 faiz azalıb.

Tezadlar.az xəbər verir ki, İsrail Mərkəzi Statistika Bürosu tərəfindən dərc edilən hesabatda 2026-cı ilin birinci rübündə İsrail iqtisadiyyatında kəskin azalmanın iki rüb artıma son qoymasının mart və aprel aylarında İrana qarşı müharibə ilə əlaqədar olduğu bildirilir.

İsrail iqtisadiyyatı 2025-ci ilin son rübündə 2,9 faiz artım qeydə almışdı.

Hesabatda qeyd olunur ki, 2026-cı ilin birinci rübündə özəl istehlak xərcləri illik müqayisədə 4,7 faiz azalıb, hərbi xərclər isə illik müqayisədə 9 faiz artıb.

Hesabatda bildirilir ki, 2026-cı ilin birinci rübündə Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki ilin son rübü ilə müqayisədə illik müqayisədə 4,5% azalma göstərib.

Həmçinin vurğulanıb ki, əvvəlki ilin son rübündə 5,4% artan kommersiya istehsalı 2026-cı ilin birinci rübündə illik müqayisədə 3,1% azalma göstərib.

İsrailin “Globes” iqtisadi qəzetində dərc olunan məlumata görə, bu ilin birinci rübündə 3,3% azalma proqnozlarla uyğun gəlir və 2025-ci ilin ikinci yarısında müşahidə olunan iqtisadi bərpa tendensiyasını sürətlə tərsinə çevirir.

İsrail Bankının hesablamalarına görə, 2023-cü ilin oktyabr ayından bəri İsrailin hücumlarının dəyəri 350 milyard şekel (təxminən 120 milyard dollar) təşkil edib. Maliyyə Nazirliyinin məlumatına görə, İrana son hücumların hərbi və mülki xərcləri 35 milyard şekel (təxminən 12 milyard dollar) təşkil edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!