Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu intensiv hava və quru hücumları həyata keçirdiyi Livanın cənubundakı altı şəhərə hücum etməklə hədələyir.
Tezadlar.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee bu təhdidi ABŞ-da yerləşən bir şirkətin hesabından sosial media paylaşımı vasitəsilə bildirib.
Adraee Tir əyalətindəki Yater, Kalile və Cibal əl-Batm şəhərlərinə, Məcdəl Zun və Hanniyə, eləcə də Bint Cbeil əyalətindəki Kafra şəhərinə hücum etməklə hədələyir.
Sözçü bu şəhərlərin sakinlərindən dərhal evlərini tərk etmələrini və Litani çayının şimalına köçmələrini tələb edib.
Adraee hücumların “Hizbullah” strukturlarını, hərbi maşınları və elementlərini hədəf alacağını iddia edib.
E.ŞİRİNOV