25 İyul 2026 / 07:11

İsrail ordusu Qəzza zolağına zərbələr endirib

İsrail ordusu Qəzza zolağında HƏMAS-a məxsus hərbi obyektlərə hava zərbələri endirdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, zərbələrin hədəfi HƏMAS-ın hərbi infrastruktur obyektləri, o cümlədən silah anbarları, istehsal məntəqələri və yeraltı qurğular olub.

Məlumata görə, vurulan obyektlərdə avtomatlar, tank əleyhinə qumbaraatanlar, minaatan mərmiləri, partlayıcı qurğular və digər hərbi vasitələr saxlanılıb.

İsrail tərəfi bildirib ki, əməliyyatların məqsədi mümkün təhlükələrin qarşısını almaqdır. Ordu HƏMAS-ı atəşkəsi pozmaqda və hərbi imkanlarını bərpa etməyə çalışmaqda ittiham edib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!