Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusunun Qəzza zolağını hədəf alan hücumlarında biri qadın olmaqla səkkiz fələstinli öldürülüb.
Tezadlar.az xəbər verir ki, səhiyyə mənbələrinə görə, İsrail ordusu Qəzzanın şimalındakı Cəbəliya qaçqın düşərgəsinin qərbindəki polis məntəqəsinə hava hücumu təşkil edib.
Hücum nəticəsində Cəbəliya Polis Bölməsinin rəisi Məhəmməd Mərvan Səlim, polis məmurları və bir qadın da daxil olmaqla altı nəfər həlak olub, bir çox insan yaralanıb.
Günün əvvəlində İsrailin Qəzzanın cənubundakı Xan Yunisə endirdiyi hava hücumlarında biri uşaq olmaqla iki fələstinli həlak olub.
10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu demək olar ki, hər gün Qəzza zolağına hücumlar etməyə davam edir.
ELBAR