Əsas məzmuna keç

İstanbulda ABŞ-Ukrayna-Türkiyə və Rusiya-Ukrayna-Türkiyə görüşünün formatı hazırdır!

Bu gün günorta saatlarında İstanbulda müxtəlif formatlarda bir silsilə görüşlər baş tutacaq. Tezadlar.az CNN- Türk- ə istinadla xatırladır ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib. Sitat: “İstanbulda ABŞ-Ukrayna-Türkiyə və Rusiya-Ukrayna-Türkiyə 3 tərəfli görüşlər olacaq…”.

Lakin o, ABŞ, Rusiya, Ukrayna və Türkiyənin 4 tərəfli formatında görüşün olub-olmayacağı ilə bağlı dəqiq məlumat olmadığını deyib. Amma ehtimal var ki, 4 tərəfli görüş də baş tutsun. Lakin bu formatda görüşlər bu gün Ukrayna ilə Rusiya işçi heyətlərinin gələcəyi yekun nəticədən asılı olacaq.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…