Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyul 2026 / 08:20

“İstanbul”da Fil üstündə bülbül- RESTORANDA MÜŞTƏRİNİ BELƏ SOYURLAR

Ölkənin iaşə obyektlərindəki qiymət əhalinin ümumi maddi vəziyyətinə hesablanmayanda müştəri narazılığı başlayır. Bu tip obyektlərdə kim ağlına nə gəldi, o qiyməti diqtə edir. Nərimanov rayonunda, “Nərimanov parkı” kimi tanınan ərazidəki “İstanbul” restoran- kafedəki kimi. Bura bəzən də ailəvi istirahət mərkəzi deyirlər. Amma burada adicı çay içən adamın nəinki ailəvi istirahəti olur, əksinə, ailənin cib- pul faciəsi başlayır. Sitat: Sosial media istifadəçisi Elman Abbasov bu barədə yazır: “Bu gün iyunun 30- da Nərimanov parkında fəaliyyət göstərən İstanbul çay evində xoşagəlməz vəziyyətlə qarşılaşdıq.
Menyuda sadə çayın qiyməti 6 manat göstərilsə də, yalnız çay sifariş etmək istəyəndə əməkdaşlar bunun mümkün olmadığını bildirdilər. Dedilər ki, mütləq 8 manatlıq mürəbbə, 8 manatlıq Snickers və ya başqa əlavə məhsul sifariş edilməlidir. Əks halda, sadə çay təqdim edilmir. Səbəb kimi isə yalnız bir cümlə səsləndirildi: “Bizdə qayda belədir.” Əlavə heç nə istəmədiyimizi desək də, sadə çay verməkdən imtina etdilər. Ən maraqlısı isə odur ki, bu “qayda” nə girişdə, nə də menyuda göstərilib. Əgər 6 manatlıq sadə çay faktiki olaraq satılmırsa, niyə qiymət menyuda saxlanılır? Müştəri niyə yalnız masa arxasında əyləşəndən sonra məcburi əlavə sifarişlə qarşılaşmalıdır? 400–500 manat əməkhaqqı alan insanların yaşadığı ölkədə parkda bir sadə çay içmək üçün 6+ 8 manata nəsə almaq tələb olunursa, yanındakı “İskəndər” çay evində sadə çay minimum 22 manata satılırsa,
Birr sual da yaranır: bu cür yüksək qiymətlərlə fəaliyyət göstərən obyektlər görəsən dövlətə aylıq nə qədər vergi ödəyirlər?
Onu da qeyd edim ki, orada nə xüsusi xidmət, nə də fərqli bir şey yoxdur. Yəni oxucular düzgün başa düşsün. Sadə çay evidir. Sadəcə iribuynuzlu məmurlarındır…”.
Sitatın sonu. İndi bəzi sualların cavabını əvvəlcə Dövlət Vergi Xidməti, sonra isə AQTA verməlidir… “İstanbul”la “İsgəndər”in çay dəmləmə üslağındakı problemlər barədə dəfələrlə ciddi iradlar eşidirik. Çayın isə özünəməxsus dəmləmə qaydası var. Vaxtilə “İstanbul”da çalışmış və işdən qanunsuz çıxarılmış bir şəxs sonralar şikayətlənirdi ki, od üstündə iri çaydanda qaynayanadək dəmlənən çay sonradan kiçik çayniklərə tökülüb təzə dəm kimi satılır və s.
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!