Əsas məzmuna keç

İstehlakçıların nəzərinə: “Uğurlu Dad” kolbasaları qanunsuz istehsal edirmiş

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus “Uğurlu Dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama keçirib.

Tezadlar.az xəbər verir ki,  baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri  barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…