İstehsalat qəzası nəticəsində 56 yaşlı kişi reanimasiyaya yerləşdirildi

15.08.2025-ci il tarixində saat 11:00 radələrində

Lənkəran rayonunda baş vermiş hadisə nəticəsində 1 nəfər (kişi cinsli) dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun küt travması, sol qaşüstü nayihənin və sol qulaq seyvanının əzilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

12:47

Lənkəranda çay fabriklərindən birində işçi istehsalat qəzası nəticəsində xəsarət alıb.

“Tezadlar.az”ın Cənub bürosu xəbər verir ki, hadisə rayonunun Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov ilkin ehtimala görə müəssisənin liftinin qırılması nəticəsində xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş