Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar artist Ruhəngiz Musəvi geyim seçimi və yaşı ilə bağlı açıqlamaları ilə diqqət çəkib.
Tezadlar.az xəbər verir ki, müğənni bu barədə “Qonaqcanlı” verilişində danışıb.
“Yaşımı heç vaxt gizlətmirəm. Çünki həmişə yaşımdan gənc görünmüşəm, indi də eləyəm. Filmə çəkiləndə (“Baladadaşın ilk məhəbbəti” – red.) 21 yaşım var idi. Həmin filmdən sonra dənizə getməmişəm. Mən dənizi xoşlamıram, məni çəkmir. Mənə “dəniz gözəli” deyirlər, o mənə bəs edir”, – deyə sənətçi bildirib.
R.Musəvi gənclik illərində çimərlik geyimində çəkilişə valideynlərindən gizli getdiyini də etiraf edib:
“Valideynlərimi düşünmədən çimərlik geyimində çəkildim. Evdən çıxanda isə qastrola getdiyimi demişdim”.
İfaçı hazırda daha rahat və geniş geyimlərə üstünlük verdiyini vurğulayıb:
“İndi çalışıram rahat geyinim. Geniş geyimləri xoşlayıram. İstəmirəm oturanda əlim-qolum geyimdə qalsın. Amma istəsəm açıq da geyinərəm. Nə olub mənim bədənimə?”.