İsvecrə və Azərbaycan inəklərinin südü- İLHAM RƏSUL İSVEÇRƏDƏN “TƏZADLAR”A YAZIR

Oxunma sayı: 1829
…Çox istərdim ki, bu qeydlərimi Azərbaycanda süd istehsalı və satışı ilə məşğul olanlar oxusun. Beləliklə, həftədə bir dəfə yaşadığım şəhərin kənarında yerləşən fermadan süd alıram (1 Litr – 1.20 fr.). Südün satışı isə, tam avtomatlaşdırılmış şəkildədir, yəni alıcı heç kim ilə kontaktda olmadan, süd aparatından təzə süd almaq imkanına malikdir. Məsələn, kiçik bir otaqda aparat yerləşdirilib, yanında rəfdə isə kimə gərəkdirsə, süd üçün plastik qablar (30 qəpik) qoyulmuşdur. Otaqda divarda kağız vərəqdə isə maraqlı bir məlumat asılıb ki, bu da hər ay yenilənir. Məlumat alıcının hal – hazırda aldığı südün hansı inəyə məxsus olduğunu, inəyin adını, yaşını, neçə bala doğduğunu, südünün yağlılıq faizini və s. göstərir. Əlbəttə ki, inəyin şəkli də öz yerində 😀. Belə satış məntəqələri bütün il boyu, gün ərzində fasiləsiz 24 saat fəaliyyət göstərir. İnəklər isə, bir – neçə yüz metr aralıdakı tarlada otlayır.
Beləliklə, İsveçrədə inəyə və onun südünə belə hörmət qoyulur… Azərbaycanda isə bəzən eşidirəm, oxuyuram ki, süni tozdan-“poroşok”dan süd hazırlayıb təzə inək südü adı ilə satırlar. Bu isə körpələr üçün çox ziyanlıdır. Çünki tərkibi və yağlılığı bilinmir…
İlham RƏSUL,
İsveçrə
(“Təzadlar”ın xüsusi müxbiri)
Xəbəri paylaş