MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İtaliyada anomal istilərlə bağlı yüksək səviyyəli xəbərdarlıq elan olunub.
Tezadlar.az xəbər verir ki, ölkənin 27 iri şəhərində isti hava dalğası səbəbindən ən yüksək səviyyəli “qırmızı həyəcan” rejimi tətbiq edilib.
Bildirilib ki, bəzi ərazilərdə temperaturun 40 dərəcəyə qədər yüksələcəyi gözlənilir. İsti hava şəraitinin qarşıdakı bir həftə ərzində davam edəcəyi proqnozlaşdırılır.
İtaliya Səhiyyə Nazirliyi xəbərdarlığın yalnız risk qruplarına deyil, bütün əhali üçün nəzərdə tutulduğunu açıqlayıb.