Əsas məzmuna keç

İyunda 12 aylıq inflyasiya 6% təşkil edib – baza inflyasiya isə…

İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin iyununda 12 aylıq inflyasiya 6% təşkil edib.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7%, ödənişli xidmətlər üzrə 7.2%, qeyri-qida məhsulları üzrə isə 2.8% təşkil edib. İllik baza inflyasiya isə 4.8% olub.

Son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin iyununda əmtəə qiymətləri indeksi illik 0.6%, o cümlədən ərzaq qiymətləri indeksi 4.2% azalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…