Əsas məzmuna keç

Kardaşyan ekstrasenslərə lənət yağdırdı

Amerikalı televiziya ulduzu Kim Kardaşyan hüquq imtahanından əvvəl ekstrasenslərlə məsləhətləşib.

Tezadlar.az xəbər verir ki, bu barədə onun TikTok hesabında paylaşım edilib.

45 yaşlı iş adamı soyunma otağından video paylaşıb. İmtahana hazırlaşarkən ailəsi üçün səsli mesaj yazıb. İddia edib ki, ekstrasenslərlə məsləhətləşib və onlar onun imtahandan keçəcəyini proqnozlaşdırıblar.

“Sadəcə bilməyinizi istəyirəm ki, görüşdüyüm bütün bu lənətə gəlmiş ekstrasenslər mənə keçəcəyimi deyiblər. Onların hamısı patoloji yalançılardır! Dedikləri bir kəlməyə də inanmayın”, – deyə o bildirib.

Kim Kardaşyan əvvəllər sosial mediada hüquq imtahanından kəsildiyini açıqlayıb. Lakin televiziya ulduzu təslim olmaq niyyətində olmadığını bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…